160-a yaxın avtobusun dayanacağı dəyişdirildi - SƏBƏB

“Qarabağ”–“Lion” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) YAZTV-ə bildirilib ki, xüsusi avtobus zonası azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.

Admin
















