AzerGold QSC ilə Gəncə voleybol klubu arasında görüş keçirilib

AzerGold QSC və baş sponsoru olduğu “Gəncə” Voleybol Klubunun rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə klubun fəaliyyəti və gələcək planlarından danışılıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Gəncə” VK-nın Azərbaycan Yüksək Liqasının 3-cü turunda əldə etdiyi vacib qələbə münasibətilə təbrik edərək, komandaya növbəti oyunlarda da uğurlar arzu edib.