Böyük siyasi bacarıq və uzaqgörənliklə deyilmiş fikirlər!



Bu günlərdə Ölkə başçısı cənab İlham Əliyevin Rusiyanın nüfuzlu beynəlxalq “Rossiya Seqodnya" İnformasiya Agentliyinə verdiyi müsahibəsindəki səsləndiridi konkret fikirlər təkcə Azərbaycanın deyil, regionun, bütövlükdə dünyanın siyasi mənzərəsinə işıq salmış oldu. Kifayət qədər incəliklə, siyasi bacarıq və uzaqgörənliklə deyilmiş fikirlər, həm də ölkəmizin qarşıya qoyduğu məqsəd və inkişaf strategiyasının əxzi idi.  Dövlət Rəhbərimiz sözü gedən müsahibədə bir sıra qlobal məsələlərlə yanaşı, Ermənistanla sülh müqaviləsinin imzalanmasının gecikməsinə səbəb olan məsələlərdən də danışdı. 

Azərbaycanın sülhə hər zaman gərəkli töhfələr verdiyini qeyd eən Ölkə başçısı sənədin 17 maddəsindən hələ də ikisinin razıladırılmamasından, Ermənistan tərəfinin hər dəfə sülhə maneçilik törədən süni səbəblər yaratmasından bəhs etdi. Bu gün Ermənistanda revanşist qüvvələrin fəallaşmasına şərait yaradılmasından danışan cənab Prezident, onları öldürücü silahlarla təchiz edən bir sıra dövlətlərin, xüsusilə də Fransanın sülhə və regionda sabitliyə mane olan mövqeyini kəskin tənqid etmişdir. Müzəffər Ali Baş Komandan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsinə, formal xarakter daşıyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə də toxunmuş, bu şərtlərin mütləq şəkildə qəbul edilməsinin zəruri olduğunu bildirmişdir.  Azərbaycanın 2025-ci ildə hərbi büdcəsinin rekord həcmdə artırılacağının zəruri olduğunu, gələ biləcək təhdidlərə cavab olaraq hərbi büdcəmizin  5 milyard dollar civarında olacağını da diqqətə çatdırmışdır. 

Ölkə Rəhbəri həmçinin məsələlərin bu istiqamətdə irəliləcəyi təqdirdə Ermənistanın dövlət olaraq yox olmasının labüd olacağınıda belə əsaslandırmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya” İnformasiya Agentliyinə verdiyi  müsahibəsində həmçinin qlobal əhəmiyyətli digər hadisələrə  və məsələlərə də əhatəli aydınlıq gətirib. Azərbaycan Prezidentinin hər biri mühüm çağırış olan müsahibəsini izləyənlər, onun hazırda dünyanı narahat edən məsələlərlə bağlı əhatəli cavablarından bir daha şahidi oldular ki, cənab İlham Əliyev müdrik, böyük siyasi təcrübəyə malik fenomen Liderdir. Müsahibədə səslənən fikirlər Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin və nüfuzunun  bariz göstəricisi oldu!.


Vidadi İsmayılov;

Neftçala rayonu, Şəhid atası