Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir


2024-cü ildə BŞTİ-nin tabeliyindəki 341 məktəbəqədər təhsil müəssisəsinə 36 006 uşaq cəlb olunub.

Həmçinin təqvim ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 3 yeni məktəbəqədər təhsil müəssisəsi (347, 348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri aparılıb.