Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə bağlayıb



"Sumqayıt" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan YAZTV-ə verilən məlumata görə, “kimyaçılar” amerikalı basketbolçu Kolin Qolsonu transfer edib. Hücumçu ilə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

K. Qolson son olaraq NTD (Bakı) komandasında çıxış edib.