Polkovnik-leytenant işdən çıxarıldı - YENİ TƏYİNAT



Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub. 


Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib. 


Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.