Ağdaşda kənd təsərrüfatı məhsullarının istehsalı 400 min manatadək artıb


Ağdaş rayonunda 2021-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatında ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 400 min manatadək artaraq 19,3 milyon manata çatıb.

Bu barədə rayon statistika idarəsindən PAŞATv-ə verilən məlumatda bildirilir ki, ilin ilk üç ayında kənd təsərrüfatı məhsullarında heyvandarlığın payı 99,9 faiz təşkil edib. Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,1 faiz və ya 399,9 min manat artıb