“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi


Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

YAZTV APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov təyinat alıb.

Qeyd edək ki, 40 yaşlı S.Əsədov 2021-ci ildən “Azərkosmos”un sədridir.