Prezidentin xüsusi nümayəndəsi: "Ağdama 20-25 min nəfərin köçürülməsi nəzərdə tutulub"

"Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Burada 66 binaya 1 267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, bu ay Ağdamda dördüncü məhəllənin tikintisinə başlanılacaq:
"İyun ayında isə beşinci məhəllənin tikintisinə başlanılacağını gözləyirik.
İl sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub".
E.Hüseynov vurğulayıb ki, Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir:
"Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Admin
















