"Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir" mövzusunda onlayn konfrans keçirildi



Mayın 10-u "Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir" mövzusunda onlayn konfrans keçirilib.

PAŞATv xəbər veriri ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək  Azərbaycançılıq məfkurəsinin mahiyyətindən,  Azərbaycanın müstəqil dövlət olaraq formalaşmasında Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Qeyd etdi ki, Ümummilli Liderimiz hər zaman gənclərə inanmış, onların inkişafı və yaxşı təhsil almaları üçün dəstək olmuşdur. Cənab Prezident İlham Əliyev dövlət siyasətində də gənclərin hərtərəfli inkişafına dəstək siyasəti əsas hədəflərdən biridir.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti və Gəncə İdman Klubu ictimai birliyinin rəhbəri Elvar Osmanov, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək Heydər Əliyevin ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına göstərdiyi diqqətdən, ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən və gənclərin ictimai-siyasi proseslərdə göstərdikləri fəallıqlardan, Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə göstərdiyi qayğıdan danışdılar. 

Sonda bildirilib ki, Ümummilli Liderin əziz xatirəsi hər zaman hörmətlə anılacaq və onun azərbaycançılıq məfkurəsi xalqımız tərəfindən daim qorunacaq.