Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Ulu Öndərin abidəsini ziyarət edib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Heydər Əliyevin abidəsini ziyarət edib.
PAŞATv xəbər verir ki, Gəncədə Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkədə tədbiq olunan karantin rejimi qaydaları nəzərə alınaraq qeyd edilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin, Olimpiya İdman Kompleksinin və təhsil idman müəssisələrin rəhbərləri Ulu öndərin şəhərin baş meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.




















