Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb


Mayın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 min 694 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan PAŞATv-ə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1223, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2471 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 798 min 743-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 766 min 689 nəfərdir.