COVAX platforması vasitəsilə ölkəmizə AstraZeneca tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib


Aprelin 4-də COVAX platforması vasitəsilə Cənubi Koreyadan Azərbaycana COVID-19 vaksinlərin ilk partiyası gətirilib.

“AztraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

PAŞATv xəbər verir ki, vaksini gətirən təyyarəni BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai, Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.