Mikayıl Cabbarov: Doqquz ayda 60,9 milyon manat güzəştli kredit verilib

Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.
PAŞATv xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 1800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.


















