Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən PAŞATv-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


















