Hava nəqliyyatı ilə sərnişindaşıma 68,1 faiz artıb


Yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 903,3 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 68,1 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən PAŞATv-ə bildirilib ki, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.