İtaliyada COVID-19-a sutkalıq yoluxma sayı son altı ayda ilk dəfə 10 mini ötüb

Son 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 10 min 172 nəfər artaraq ümumilikdə 4 milyon 883 min 242-yə çatıb.
PAŞATv xəbər verir ki, ölkədə koronavirusa sutkalıq 10 min civarında yoluxma sayı sonuncu dəfə mayın 8-də qeydə alınmışdı.
Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 72 nəfər artaraq 132 min 965-ə yüksəlib. Ötən gün 537 min 765 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 127 min 85 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 486 nəfərdir. Virusdan sağalanların sayı isə 6406 nəfər artaraq 4 milyon 623 min 192 olub.(AZƏRTAC)


















