Qafqazşünaslıq İnstitutunda 2021-ci ildə 16 tədqiqat işi aparılıb

2021-ci ildə Qafqazşünaslıq İnstitutunda 1 elmi istiqamət, 2 problem üzrə, 5 mövzuya dair 16 tədqiqat işi aparılıb.
PAŞATv xəbər verir ki, bu barədə institutun Elmi şurasının iclasında məlumat verilib. Bildirilib ki, birinci problem çərçivəsində Qafqaz dövlətlərinin siyasi və sosial-iqtisadi problemləri, ikinci problem çərçivəsində isə böyük dövlətlərin, qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub.


















