Beyləqan rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb


Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əlinəzərli kənd sakini S.Qarayevdən, Eyvazalılar kənd sakinləri N.Cəfərlidən və E.Cəfərovdan qanunsuz saxladıqları “TOZ-16” markalı üç ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PAŞATv-ə bildiriblər ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.