Azərbaycandan ixracın 8,1 faizi avtomobil nəqliyyatı ilə daşınıb


Yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunan məhsulların 8,1 faizi avtomobil nəqliyyatı ilə göndərilib.

Dövlət Statistika Komitəsindən PAŞATv-a bildirilib ki, ixrac edilən məhsulların 5,4 faizi dəmir yolu, 1,4 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.