On ayda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 784,5 milyon dollara yaxın olub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 784,5 milyon dollara yaxın olub.
PAŞATv xəbər verir ki, 10 ayda Azərbaycan bu ölkədən 362,9 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 421,6 milyon dollar olub.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.(AZƏRTAC)


















