Xətai rayonunda moped qaçıran keçmiş məhkum məsuliyyətə cəlb olunub

Xətai rayonunda moped qaçıran keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PAŞATv-ə bildirilib ki, B.Məsiməliyevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasov rayon polis idarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.