Azərbaycan Ordusunun hərbi qulluqçusu elektrik cərəyanı vurması nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Bu barədə PAŞATv-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


















