Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110005920 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən PAŞATv-ə bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 85,6009 AZN (9,9 faiz) və 100 AZN (7 faiz) olan 6 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 AZN (7 faiz) müəyyənləşdirilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 milyon 780 min manat, yerləşdirilmiş həcmi isə 250 milyon manat təşkil edib. İstiqrazlar 2028-ci il dekabrın 12-də ödəniləcək. Hərrac iştirakçıları dekabrın 22-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.