Yaponiyanın Azərbaycandakı səfiri Vergi Xidmətinin Şamaxıdakı Tədris Mərkəzində olub
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Şamaxı rayonuna səfəri çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində olub.Bu barədə PAŞATv-a Dövlət Vergi Xidmətindən bildirilib.
Səfirə Tədris Mərkəzinin binasında yerləşən Dövlət Vergi Xidmətinin vergi muzeyinin eksponatları barədə məlumat verilib. Muzeydə yerləşdirilmiş monitorlarda Azərbaycanın müxtəlif dövrlərində mövcud olmuş vergi növləri, onların tarixi inkişaf zamanı dəyişilməsi və müasir dövr vergiləri haqqında məlumatlar öz əksini tapıb.
C.Vada Tədris Mərkəzinin auditoriyaları və kitabxanası ilə tanış olub, gələcəkdə mərkəzdə birgə görüşlərin keçirilməsini təklif edib.


















