Gəncə Gənclər Nizami məqbərəsinə ziyarət ediblər


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Nizami Gəncəvi ili" çərçivəsində bir qrup gənc Nizami məqbərəsinə ekskursiya ediblər. Ziyarət mövcüd karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib. Ziyarətdə Baş İdarənin gənc əməkdaşları, "Gəncə Maarif Evinin" İB-nin və Tələbə Gənclər Təşkilatlarının fəal üzvləri iştirak edib.

PAŞATv bildirir ki, Baş İdarə rəisi Həmid Nəsirov tədbird çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğunu və "Beynəlxalq Abidələr Günü" ərəfəsində Nizami məqbərəsini ziyarət edərək, dünya şöhrətli dahi Azərbaycan şairinin irsinin xüsusilə gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Ekskursiya zamanı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçiləri tərəfindən gənclərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
 
Qeyd edək ki, "Beynəlxalq Abidələr Günü" Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.