Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə İmişli rayonunun ərazisində yerləşən “Azər Konyak” MMC-də görüş keçirilib.

YAZTV xəbər verir ki, görüşdə xarici ticarət iştirakçılarına gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirilmələr barədə məlumat verilib, gömrük rəsmiləşdirilməsinin, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə tətbiq edilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində gömrük əməkdaşları tərəfindən “Azər Konyak” MMC-də istehsal prosesi əyani şəkildə izlənilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirə aparılıb, təklif və rəylər öyrənilib.