Arıqlamağa kömək edən məhsulun adı açıqlandı


Müntəzəm olaraq Koreya mətbəxinin populyar yeməyi olan kimçi (ədviyyatlı turşu Çin kələmi) piylənməyə qarşı mübarizədə effektiv ola bilər.

YAZTV xəbər verir ki, bu barədə tanınmış rusiyalı endokrinoloq Zuxra Pavlova qeyd edib.

Onun sözlərinə görə, kimçi orqanizmdəki yağların miqdarını azaltmağa kömək edir.

Cənubi Koreyada aparılan araşdırmada 55 artıq çəkili kişi və qadın iki qrupa bölünüb: birinci qrup hər yeməkdə sublimasiya olunmuş kimçi kapsulları qəbul edib, ikinci qrup isə etməyib. Təcrübənin sonunda kapsul qəbul edənlərin bədənlərindəki yağ faizi təxminən 3% azalıb, digərlərində isə 4.7% artıb.


Həkimin qeyd etdiyinə görə, bu təsir kimçinin bağırsaq mikroflorasını dəyişməsi ilə izah olunur, çünki bağırsaq mikrobiotası fermentləşdirilmiş məhsulları sevir.