Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib


Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

YAZTV-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Gövhər Baxşəliyevanın noyabrın 27-də 70 yaşı tamam olur.