DataLife Engine / Naxçıvanda nə qədər yeni iş yeri açılıb?

Naxçıvanda nə qədər yeni iş yeri açılıb?



Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1621 yeni iş yeri açılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, yeni iş yerlərinin 912-si dövlət, 709-u isə qeyri-dövlət sektorunda qeydə alınıb. Yeni yaradılmış 101 müəssisədə və təşkilatda 1260, mövcud 49 müəssisə və təşkilatda isə 361 iş yeri açılıb. Ümumi yeni iş yerlərinin 1331-i Naxçıvan şəhərinin, 100-ü Şərur, 74-ü Babək, 31-i Ordubad, 34-ü Culfa, 12-si Kəngərli, 19-u Şahbuz və 20-si Sədərək rayonlarının payına düşüb.


16-12-2024, 21:05
Вернуться назад