DataLife Engine / Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində


Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.

YAZTV xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.


11-12-2024, 16:58
Вернуться назад