
Paytaxtın 267 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.
Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 8 885 sinif üzrə 246 565 şagirdi əhatə edir.
Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.
Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.