DataLife Engine / Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq

Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq



Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından  bildiriblər ki, martın 19-da Daşqın Nəsrəddin oğlu Behbudov Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında, Atakişi Qəhrəman oğlu Atayev isə Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.


18-03-2025, 11:52
Вернуться назад