DataLife Engine / Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə davam edir

Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə davam edir


On iki dövlət orqanında mövcud olan 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən PAŞATv-ə bildirilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 16 nəfər uğur qazanıb.

Mayın 3-dən keçirilən müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.
16-05-2021, 12:22
Вернуться назад