DataLife Engine / Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub


Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən PAŞATv-ə bildirilib ki, görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.

Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
17-06-2021, 19:50
Вернуться назад