DataLife Engine / Naftalanlı idmançılar Dünya kubokunda uğurla çıxış etdilər

Naftalanlı idmançılar Dünya kubokunda uğurla çıxış etdilər


29 iyun-02 iyul tarixlərdə Yeniyetmə, gənclər və böyüklər arasında, Ukrayna Respublikasının Koblevo şəhərində təşkil edilən Universal döyüş növləri üzrə Dünya kobokunda iştirak edən Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yetirmələri uğurla çıxış etdilər. Universal döyüş növlərinin light və classic versiyaları üzrə ümumilikdə 28 ölkədən 400-ə qədər idmançının iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan yığma komandası 24 nəfər idmançı ilə təmsil olunurdu ki, onlardan da 2 nəfər idmançı Naftalan şəhər UGİM-in yetirmələri idi.
 
Ölkəmizi, idmançılarla yanaşı Dünya Universal Döyüş Federasiyasının Prezidenti Azər Həsənov, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev, Odessa Oblastı Karolino-Buqaz şəhərinin Deputatı Elşən Cəfərov, "BİRLİK" Azərbaycanlıların Odessa DIASPORA Cəmiyyəti Təşkilatının sədri Rövşən Quliyev, sədr müavini Telman Abbasov, Təşkilatın Belgorod-Dnestrovski regional bölməsinin rəhbəri Elmar Vəliyev və digər rəsmilər də təmsil ediblər.
Şəhərimizi təmsil edən idmançılardan Qurbanov Sadiq Nadir oğlu light versiya üzrə 55 kq çəki dərəcəsində 2-ci yerin (gümüş medal), classic versiya üzrə 3-cü yerin (bürünc medal), Əmirov Amid Şirazi oğlu isə light versiya üzrə 66 kq çəki dərəcəsində 3-cü yerin qalibi olaraq bürünc medala sahibləniblər.
İdmançılarımızı uğurları münasibətilə təbrik edir, yeni-yeni qələbələr arzulayırıq.
Qeyd: Ölkəmizi təmsil edən komanda 8 qızıl, 2 gümüş, 9 bürünc medal, 2-ci və 3-cü yerlərin qalibi olaraq 2 kubok qazanıblar.




4-07-2021, 10:57
Вернуться назад