
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.
Bunu PAŞATv-ə xidmət rəisi Hikmət Əlizadə bildirib.
O deyib: “Araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Navaf Alateeo və Abdulrahman Alqareeb olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4 min manat məbləğində cərimə olunublar”.