DataLife Engine / Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib

Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib


Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

PAŞATv xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
22-11-2021, 19:55
Вернуться назад