
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir.
Bu barədə PAŞATv-ə TKTA-dan məlumat verilib.
Vakansiya üzrə müraciət etmək istəyən namizədlərə verilən tələblər:
- Ali təhsil;
- Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
- Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
- Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Təşkilatçılıq, komandada işləmə bacarığı;
- Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
- Minimum yaş həddi - 30 yaş.
Vakansiyanın üstünlükləri:
- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
- Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak;
- Özünüinkişaf və karyerada yüksəliş imkanı;
- Yüksək əməkhaqqı.
Vakansiya üzrə seçilən namizədlər tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafiklə işləyəcək.
Namizədlər CV-lərini dekabrın 10-dək TKTA-nın saytında verilən keçid vasitəsilə göndərə bilərlər.