DataLife Engine / Balakəndə indiyədək 1844 hektarda yazlıq bitki əkini aparılıb

Balakəndə indiyədək 1844 hektarda yazlıq bitki əkini aparılıb


Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 1844 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 75,4 hektar çoxdur.

Rayon Statistika İdarəsindən PAŞATv-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları 840 hektar sahədə tərəvəz bitkiləri, 522 hektarda kartof, 13 hektarda paxlalılar əkib, 360 hektar sahəyə yonca səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 109 hektar sahəyə qarğıdalı əkilib.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
6-04-2021, 02:42
Вернуться назад