DataLife Engine / DİN: Ötən gün 8 odlu silah polis əməkdaşlarına könüllü təhvil verilib

DİN: Ötən gün 8 odlu silah polis əməkdaşlarına könüllü təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, yanvarın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.


4-01-2024, 15:35
Вернуться назад