
Energetika naziri Pərviz Şahbazov Xorvatiya Respublikasının Azərbaycandakı səfiri Branko Zebiçlə görüşüb.
Energetika Nazirliyindən PAŞATv-ə bildirilib ki, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Xorvatiyanın da iştirak etdiyi İon-Adriatik Boru Kəməri layihəsi, eləcə də Azərbaycanda yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə olunub, İon-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfinin davamlı dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.