DataLife Engine / UNEC ilə Hindistanın Təhsil və Tədqiqat Akademiyası birgə beynəlxalq konfrans keçirəcək

UNEC ilə Hindistanın Təhsil və Tədqiqat Akademiyası birgə beynəlxalq konfrans keçirəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbi və Hindistanın Təhsil və Tədqiqat Akademiyasının (FIA) birgə təşkilatçılığı ilə aprelin 18-20-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

UNEC-dən  YAZTV.AZ-a bildiriblər ki, konfransın elmi məqalələri “Springer” nəşriyyatında çap ediləcək və “Scopus” beynəlxalq elmmetrik bazasında indeksləşəcək.

Məqalələr martın 27-dək qəbul ediləcək.


11-03-2024, 16:01
Вернуться назад