
Son sutka ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində 51 nəfər koronavirusdan həyatını itirib ki, bu da pandemiya dövründə ən yuxarı göstəricidir.
PAŞATv xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Bununla da pandemiya dövründə Kiyevdə koronavirusdan ölənlərin sayı 3848-ə çatıb.
Aprelin 9-da Ukraynada 17 463 nəfər koronavirusa yoluxub ki, bunun da 684-ü uşaq, 394-ü isə tibb işçisidir.
Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün karantin rejimini sərtləşdirib (AZƏRTAC)