DataLife Engine / TƏBİB vakansiya elan edib

TƏBİB vakansiya elan edib

TƏBİB Hövsan Sağlamlıq Mərkəzində müxtəlif vəzifələr üzrə vakant yerlər elan edir

 Vakant vəzifələr:
    Həkim-terapevt;
    Həkim-endokrinoloq;
    Həkim-fizioterapevt;
    Həkim-kardioloq;
    Həkim-mama-ginekoloq;
    Həkim-nevroloq;
    Həkim-onkoloq;
    Həkim-otorinolarinqoloq;
    Həkim-pediatr;
    Həkim-revmatoloq;
    Həkim-ümumi cərrah;
    Şüa diaqnostikası üzrə həkim.
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali tibb təhsili 
• Qüvvədə olan sertifikasiya şəhadətnaməsi.

Tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
• CV cv@tabib.gov.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Hövsan Sağlamlıq Mərkəzi – ixtisasın adı) qeyd olunmalıdır;
• CV-lər 30.11.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.


26-11-2024, 17:29
Вернуться назад