156 mindən çox müraciət daxil olub



2024-cü təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 156 270 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 86 913 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 3 423 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 35 031 müraciət daxil olub.

30 903 sənəd (vətəndaşlar tərəfindən 8 474 ərizə, 4 654 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 092, digər qurumlardan 2 779, tabelikdə olan təhsil müəssisələrindən 6 499 məktub və 4 405 kadr ərizəsi) qəbul olunub.