Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü


Bakıda 50 yaşlı kişi sevgilisinin evində ölüb.


YAZTV  Publika.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.


1988-ci il təvəllüdlü F.Məhərrəmovanın evində qonaq olan 1974-cü il təvəllüdlü X.Kərimov gecə saat 1 radələrində hamam otağında qəfil vəfat edib. Onun ürək çatışmazlığından ölməsi müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.