Paytaxt sakinindən avtomat silah götürülüb


Ramana qəsəbə sakini İ.Nağıyev Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PAŞATv-ə bildiriblər ki, ondan nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, patron darağı və 26 patron aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.