DİN: Ötən gün 307 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb


Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 19-da Bakı şəhərində və respublikanın digər ərazilərində 74 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən PAŞATv-ə bildiriblər ki, monitorinqlər 59 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 18 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 307 nəfər toy şənliklərinə buraxılmayıb.