Masazır qəsəbəsində ev yanıb


Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən PAŞATv-ə verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.